Çin arxeoloqları ölkənin qərbdə yerləşən Qinqhai əyalətində 2200 il əvvəl, Qin sülaləsi dövründə (e.ə. 221-207) yazılmış qaya yazısı aşkar ediblər.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Sinxua” xəbər agentliyi məlumat yayıb.
Qeyd edilib ki, bu, o dövrə aid olan yeganə məlum yazıdır: “Kitabə orijinal yerində qorunub saxlanılır”.
Üzərində heroqliflər həkk olunmuş qaya Qinqhai əyalətinin Qoloq Tibet Muxtar Prefekturasında Qyarinq Tso gölünün şimal sahilində yerləşir. Bu ərazi dəniz səviyyəsindən 4200 metrdən çox yüksəklikdədir.
Yazı kifayət qədər yaxşı qorunub saxlanılıb, mətnin əksəriyyətini, o cümlədən tətbiq olunma tarixini oxumaq asandır. Agentlik qeyd edir ki, arxeoloji tapıntı tarixi qeydlərdəki boşluğu doldurur və əhəmiyyətli tarixi, bədii və elmi dəyərə malikdir.
Qin sülaləsi özünü imperator elan edən və tarixə Qin Şi Huanqdi adı ilə daxil olan hökmdar Yinq Zhenq tərəfindən qurulmuşdur. O, qonşu torpaqları öz hakimiyyəti altında birləşdirərək Çin tarixində ilk mərkəzləşdirilmiş dövləti yaradıb. Yinq Zhenq yazının unifikasiyası, ölçü və çəkilərin standartlaşdırılması, vahid pul sisteminin və ərazi-inzibati bölgünün yaradılması kimi bir sıra mühüm islahatlar həyata keçirib.



