Bakı Dövlət Universitetinin müəllimi, filologiya elmləri doktoru Qərənfil Dünyaminqızının “Füyuzatçılar” kitabı nəşr olunub.
Topluda müəllifin müxtəlif illərdə mətbuatda, əsasən, “Füyuzat” jurnalında dərc etdirdiyi elmi-publisistik məqalələrinin bir qismi toplanıb. Bu məqalələr milli şüur, milli özünüdərk amilinin təbliğində və demokratik dövlət, cəmiyyət quruculuğunda böyük rol oynayan “Füyuzat” ədəbi məktəbi nümayəndələrinin həyat və yaradıcılığına işıq tutur.
Kitab MİMTA Yayımları tərəfindən nəşr edilib və Əli bəy Hüseynzadənin 160 illik yubileyinə həsr olunub.
“Füyuzat” redaksiyası tərəfindən işlənib hazırlanan bu yazılar, həmçinin füyuzatçıların ədəbi-bədii irsinə, sovet dövründə onlara göstərilən qeyri-obyektiv münasibətə həsr edilib.