“İsrailin ehtiyatsız hərəkətləri Yaxın Şərqdə sülhə nail olmaq səylərini sarsıdır və beynəlxalq təhlükəsizliyi təhdid edir”.
“Füyuzat”ın məlumatına görə, bunu Qətərin hökumət başçısı və xarici işlər naziri Şeyx Məhəmməd bin Abdel Rəhman l-Tani deyib.
“Dünya ölkələri Yaxın Şərqə diplomatik vasitələrlə sülhü qaytarmaq üçün səylər göstərsə də, İsrail öz ehtiyatsız hərəkətləri ilə bu səyləri pozmağa davam edir, xalqlarımızı, eləcə də beynəlxalq təhlükəsizlik və sabitliyi ciddi risk altına alır”, – nazir əlavə edib.