“İsrail rəhbərliyinin mövqeyi Qəzza zolağında atəşkəs rejiminin tətbiqi ilə bağlı sazişin bağlanmasına mane olur”.
“Füyuzat”ın məlumatına görə, bunu Qətərin Baş naziri və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani bildirib.
“Qətər münaqişə başlayandan bəri vasitəçi rolunu oynayır. Biz bunu bir ildən artıqdır ki, edirik, amma təəssüf ki, razılaşma iki tərəfin razılığını tələb edir. Tərəflərdən biri isə, bunu istəmir. Biz vasitəçi olaraq nə etsək də, nəticə eyni olaraq qalır. Bildiyiniz kimi, xüsusilə də son dövrdə İsrail tərəfi tam bir maneəyə çevrilib”, – nazir vurğulayıb.