Xəbərlər

Qətər XİN-i İran səfirini çağırıb

Qətər Xarici İşlər Nazirliyi (XİN) İranın Dohadakı səfiri Əli Saleh Abadini dünən ABŞ-ın Qətərdə yerləşən əl-Udeyd aviabazasına raket hücumu ilə bağlı çağırıb və ona etiraz edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Qətər Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Verilən məlumata görə, Qətər XİN rəsmi Dohanın İslam İnqilabı Keşikçiləri Korpusunun əl-Udeyd bazasına endirdiyi zərbəni pislədiyini təsdiqləyərək Qətər hakimiyyətinin beynəlxalq hüquq normalarına uyğun olaraq hücuma cavab vermək hüququnu özündə saxladığını vurğulayıb.