Xəbərlər

Qətər XİN-nin nümayəndəsi Blinken ilə danışıqlar aparıb

Qətər Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Məhəmməd bin Əbdüləziz Əl-Xulayfi Dohada ABŞ-ın dövlət katibi Entoni Blinken ilə Qəzza zolağında İsrail və Fələstinin HƏMAS hərəkatı arasında münaqişənin həlli üçün danışıqlar aparıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Qətər XİN-i məlumat yayıb.

Qeyd edilib ki, tərəflər Qəzza zolağında müharibəyə və Yaxın Şərqdə davam edən gərginliyə son qoymaq üçün birgə vasitəçilik səylərinə də toxunublar.

Nümayəndələr növbəti görüşlərini bu həftənin sonuna qədər Qahirədə keçirməyə razılaşıblar.