İsrail və HƏMAS hərəkatı arasında Qəzza zolağında atəşkəs rejiminin tətbiqi ilə bağlı danışıqlar yekun mərhələdədir və əsas diqqət razılaşmanın yekun aspektlərinə yönəlib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Qətərin Baş nazirinin müşaviri, Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari brifinq zamanı deyib.
“Təsdiq edə bilərəm ki, tərəflər arasında çoxsaylı fikir ayrılıqlarını minimuma endirmək üçün Dohada ən yüksək səviyyədə danışıqlar aparıla bilər. Misir və ABŞ-dakı tərəfdaşlarımızla danışıqlar aparılır. Danışıqlar son mərhələdədir”, – nümayəndə əlavə edib.