“Qətər, ABŞ və Misirin vasitəçiliyi ilə İsrail və HƏMAS hərəkatı arasında Qəzza zolağında münaqişənin həlli üzrə danışıqlar texniki qruplar səviyyəsində çətin şəraitdə davam edir”.
“Füyuzat”ın məlumatına görə, bunu Qətər Baş nazirinin müşaviri və Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari brifinqdə deyib.
“Nümayəndə heyətləri istər Dohada, istərsə də Qahirədə davamlı olaraq texniki səviyyədə görüşür. Hazırda mən bu nümayəndə heyətlərinin Dohada olduğunu təsdiqləyə bilmərəm, lakin onlar müntəzəm olaraq görüşürlər. Bu, həm ABŞ nümayəndə heyətinə, həm də İsrail tərəfinə aiddir”, – nümayəndə əlavə edib.