Xəbərlər

Qətərdə referendum iştirakçılarının 90%-dən çoxu konstitusiya dəyişikliklərini dəstəkləyib

“Çərşənbə axşamı keçirilən referendumda iştirak edənlərin 90%-dən çoxu Qətər Konstusiyasında dəyişikliklərin qəbul edilməsinin lehinə olub”.

“Füyuzat”ın məlumatına görə, bunu Qətərin daxili işlər naziri Abdullah bin Nasser bin Xəlifə Əl Tani deyib.

“Qətər Dövlətinin daimi konstitusiyasına düzəlişlər layihəsi ümumi etibarlı səslərin 90,6%-nin təsdiqi ilə xalqın dəstəyini qazandı”, – nazir bildirib.

Verilən məlumata görə, konstitusiyaya dəyişikliklərlə bağlı referendumda səsvermə hüququ olan əmirliyin vətəndaşlarının ümumi sayının 84%-i iştirak edib, seçicilərin 89 faizi ölkənin əsas qanununa dəyişikliklərin lehinə, referendum iştirakçılarının 9,2 faizi dəyişikliklərin əleyhinə çıxıb, bülletenlərin 1,8 faizi isə etibarsız sayılıb.