Qətərin hökumət başçısı və xarici işlər naziri Şeyx Məhəmməd bin Abdel Rəhman Əl Tani Misirin xarici işlər naziri Bədr Əbdül Ata ilə telefonla Qəzza zolağında və Livanda atəşkəs rejiminin tətbiqinə yönəlmiş birgə səyləri müzakirə ediblər.
“Füyuzat”ın məlumatına görə, bu barədə Əmirliyin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
“Tərəflər İsrailin Qəzza zolağına təcavüzü ilə bağlı son hadisələri, həmçinin dərhal atəşkəsə nail olmaq və Qəzza zolağının bütün ərazilərinə humanitar yardımın daxil olmasını asanlaşdırmaq məqsədi ilə birgə vasitəçilik səylərini müzakirə ediblər”, – məlumatda bildirilib.