Xəbərlər

Qəzza Səhiyyə Nazirliyi: Anklavda ölənlərin sayı 36,5 mini keçib

İsrailin 2023-cü ilin oktyabrında Fələstin anklavında başlatdığı hərbi əməliyyat zamanı Qəzza zolağında 36,5 mindən çox insan həlak olub.

“Füyuzat”ın məlumatına görə, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

Departamentin bəyanatında bildirilir ki, 36 550 fələstinli İsrail qüvvələrinin qurbanı olub. İsrailin hücumları və bombardmanları nəticəsində 82 959 fələstinli isə yaralanıb.

Səhiyyə Nazirliyi əlavə edib ki, təkcə son 24 saat ərzində İsrail qüvvələrinin sektorun müxtəlif bölgələrində keçirdiyi əməliyyatlar zamanı 71 nəfər ölüb, 182 nəfər yaralanıb.