Xəbərlər

Qəzza zolağında 500-ə yaxın məktəb atəşə tutulub

Qəzza zolağındakı 564 məktəbdən 477-si İsraillə Fələstinin HƏMAS hərəkatı arasında gedən qarşıdurma zamanı atəşə tutularaq dağıdılıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə BMT-nin İşğal olunmuş Fələstin Ərazilərindəki Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi məlumat yayıb.

Qeyd edilib ki, 344 təhsil müəssisəsinə birbaşa zərbə endirilib, daha 133 məktəb isə hərbi əməliyyatlar nəticəsində məhv edilib.