İsrail qüvvələrinin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar başlayandan bəri 33 minə yaxın fələstinli ölüb, 75,5 mindən çox insan isə yaralanıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.
“İsrailin 2023-cü ilin oktyabr ayından Qəzza zolağına təcavüzü qurbanlarının sayı 32 975 nəfərə yüksəlib, ən azı 75 577 nəfər yaralanıb”, – deyə departamentin “Telegram” kanalında dərc olunan bəyanatında deyilir.
Qəzza Səhiyyə Nazirliyi əlavə edib ki, son 24 saat ərzində anklavda 59 nəfər ölüb, 83 nəfər yaralanıb.