Fələstinin Baş naziri Məhəmməd Mustafa tezliklə Qəzza zolağının idarə olunması üçün müvəqqəti komitə elan edəcəklərini açıqlayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Baş nazir mətbuata açıqlamasında qeyd edib.
“Beynəlxalq ictimaiyyət İsraili blokada və aclıq siyasətinə son qoymağa məcbur etmək üçün daha təsirli addımlar atmalıdır”, – o əlavə edib.
Baş nazir Qəzzada müharibəni bitirmək və yenidənqurma işlərinə başlamaq üçün boş yerə vaxt itirmək lazım olmadığını, Qəzza zolağında “mütəşəkkil siyasi quruluş” yaratmaq əvəzinə, mövcud rəsmi qurumların yenidən fəaliyyətə başlamasını təmin edəcəklərini bildirib.



