“Qəzza zolağının şimalında minimum səviyyədə fəaliyyət göstərən 4 xəstəxana qalıb”.
“Füyuzat”ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.
“İsrailin Qəzza zolağına hücumları 76 gündür ki, fasiləsiz olaraq davam edir. Minlərlə insanın sığındığı bölgədə mülki yaşayış məntəqələrini və xəstəxanaları vuran İsrail ordusunun hücumları nəticəsində insan itkiləri hər saat artır”, – o qeyd edib.
Qebreyesus əlavə edib: “ÜST və BMT nümayəndə heyətləri bölgədə müşahidələr aparır. Heyətin əməliyyatlarda və yaralıların müalicəsində istifadə etməsi üçün Əl Əhli Ərəb (Baptist) və Şifa Xəstəxanasına dərman, zərdab və digər avadanlıqlar çatdırılıb”.
“Son hücumlarda səhiyyə müəssisələrinə böyük ziyan dəyib. Eyni zamanda həmkarlarımız xəstələrin və tibb işçilərinin üzləşdiyi çətinlikləri aradan qaldırmaqda olduqca çətinlik çəkirlər”, – Qebreyesus söyləyib.