Xəbərlər

Qəzzada 117 uşaq aclıqdan ölüb

2023-cü ilin oktyabrından Qəzza zolağının blokadası fonunda qida çatışmazlığından ölənlərin ümumi sayı 117-si uşaq olmaqla 300 nəfərə çatıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “RİA Novosti” Qəzza Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

“Qəzza Səhiyyə Nazirliyi son 24 saat ərzində ikisi uşaq olmaqla, aclıq və qida çatışmazlığından 11 ölüm faktını qeydə alıb. Bununla da aclıqdan ölənlərin ümumi sayı 300-ə çatıb ki, onlardan 117-si uşaqdır”, – məlumatda qeyd olunub.