İsrailin hərbi əməliyyatları başlayandan bəri Qəzzada 140-dan çox jurnalist həlak olub.
“Füyuzat”ın məlumatına görə, bu barədə Fələstin hökumətinin mətbuat xidmətindən məlumat verilib.
Səhiyyə Nazirliyinin son məlumatlarına görə, İsrailin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar başlayandan indiyədək 34 min 200-dən çox insan həlak olub, 77 mindən çox fələstinli isə yaralanıb.