Xəbərlər

Qəzzada 193 nəfər aclıqdan ölüb

Son zamanlar Qəzza zolağında 96-sı uşaq olmaqla azı 193 nəfər aclıqdan ölüb.

“Füyuzat”ın məlumatına görə, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.

Verilən məlumata görə, təkcə son 24 saat ərzində Qəzzadakı tibb müəssisələrində yerli sakinlərin qida çatışmazlığından ölməsi ilə bağlı 5 yeni hadisə qeydə alınıb.