2023-cü ilin oktyabrından bəri İsrail ordusunun Qəzza zolağında keçirdiyi əməliyyatlar nəticəsində həlak olan fələstinlilərin sayı 45,7 mini keçib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat verib.
“2023-cü ilin oktyabr ayından ölənlərin sayı 45 717 nəfərə çatıb”, – məlumatda bildirilib.
Nazirlik qeyd edib ki, son 24 saat ərzində anklavda 59 fələstinli ölüb, daha 273 nəfər yaralanıb.