Xəbərlər

Qəzzada 3000-dən çox çadır qurulub

Anklavın şimalına qayıdan qaçqınlar üçün Qəzza şəhəri və onun ətrafında Fələstin Qızıl Aypara Cəmiyyəti tərəfindən 3000-dən çox çadır və müvəqqəti sığınacaq tikilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə qurum “X” səhifəsində bildirib.

“Qəzza zolağında fəlakətli humanitar vəziyyət kontekstində fələstinlilərə təcili yardım göstərmək üçün sığınacaqlar tikilməyə davam edirik. Qəzzanın şimalında biz 1490 çadır qurduq və payladıq, şəhərin kənarında isə daha 1600 müvəqqəti sığınacaq tikilib. Yaxın günlərdə anklavın cənubunda, Rəfah şəhərində qaçqınlar üçün düşərgələr təşkil olunacaq”, – məlumatda bildirilib.