Xəbərlər

Qəzzada 337 humanitar yardım işçisi həyatını itirib

2023-cü ilin oktyabr ayından Qəzza zolağında ölən yardım işçilərinin sayı 337 nəfərə çatıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə BMT-nin İşğal olunmuş Fələstin Əraziləri üzrə Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (OCHA) hesabatında bildirilib.

“Döyüşlərin qurbanları arasında 330 fələstinli və 7 xarici vətəndaş var. Ölümlərin çoxu (251 nəfər) BMT strukturlarında baş verib. Böyük əksəriyyəti BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyindəndir. Qurbanlar arasında Fələstin Qızıl Aypara Cəmiyyətinin 33 işçisi, könüllüsü və digər humanitar təşkilatlardan 53 nəfər də var”, – hesabatda qeyd olunub.