Xəbərlər

Qəzzada 500-dən çox tibb işçisi ölüb

7 oktyabrdan bəri davam edən İsrail–Fələstin münaqişəsində 500-dən çox tibb işçisi həyatını itirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə BMT məlumat yayıb.

Qeyd edilib ki, münaqişə nəticəsində Qəzzada səhiyyə sistemi çöküb, bölgədəki 36 xəstəxanadan 23-ü xidmətdən çıxıb.

“Təxminən 10 aydır davam edən hücumlar və İsrailin Qəzzaya yardımların girişini məhdudlaşdırması nəticəsində bölgədəki xəstəxanalarda ciddi dərman çatışmazlığı yaşanır”, – deyə məlumatda bildirilir.