Xəbərlər

Qəzzada 93,5 mindən çox itki var

Oktyabrın 7-dən bu yana İsrailin hərbi əməliyyatları nəticəsində Qəzza zolağında 93,5 mindən çox fələstinli yaralanıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, son 24 saat ərzində İsrail qüvvələrinin Qəzzanın müxtəlif bölgələrini atəşə tutması nəticəsində 30 fələstinli həlak olub, 66 nəfər isə yaralanıb. Beləliklə, Qəzzada həyatını itirən fələstinlilərin sayı 40 min 435-ə, yaralananların sayı isə 93 min 534 nəfərə yüksəlib.