Xəbərlər

Qəzzada atəşkəs barədə razılığa gəlinib

HƏMAS hərəkatı Qətər və Misirə Qəzza zolağında atəşkəs rejiminin tətbiqi və anklavda saxlanılan girovların azad edilməsinə dair razılaşmanı təsdiqlədikləri barədə məlumat verib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

“Xəlil əl-Həyyanın başçılıq etdiyi nümayəndə heyətimiz vasitəçilərə, Qətərə və Misirə HƏMAS hərəkatının atəşkəs və əsirlərin mübadiləsi ilə bağlı razılığını çatdırdı”, – HƏMAS-ın adının açıqlanmayan nümayəndəsi “Əl-Cəzirə”yə bildirib.