Xəbərlər

Qəzzada daha 48 nəfər həlak olub

İsrailin Qəzza zolağına bir saatdan az bir müddətdə həyata keçirdiyi üç hava hücumu nəticəsində azı 48 nəfər həlak olub.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Qeyd edilib ki, Qəzzanın mərkəzi Nuseyrat bölgəsində BMT-yə məxsus məktəbdə azı 25, Qəzzanın cənubundakı Xan Yunisdə 18 və anklavın şimalındakı Beyt Lahiyada 5 nəfər həlak olub.