İsrail qüvvələrinin Qəzza zolağında keçirdiyi əməliyyatlar nəticəsində son 24 saat ərzində azı 54 nəfər ölüb, 95 nəfər isə yaralanıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat verib.
Məlumatda qeyd edilir ki, ötən il oktyabrın 7-dən indiyədək İsrail təcavüzünün qurbanlarının sayı 38 848 nəfərə, yaralananların sayı isə 89 495 nəfərə yüksəlib.