İsrail ordusu Qəzza zolağında gedən döyüşlərdə bir polkovnikin həlak olduğunu bildirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, ölən 401-ci Zirehli Briqadanın komandiri 41 yaşlı Ehsan Daksadır. “O, Qəzza zolağının şimalında döyüşdə həlak olub”, – məlumatda deyilir.
Ordu qeyd edib ki, hadisə nəticəsində eyni briqadanın daha bir zabiti ağır yaralanıb.