Xəbərlər

Qəzzada hər gün 22 fələstinli ölür

İsrail qüvvələrinin Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində son 24 saat ərzində 20-dən çox fələstinli ölüb, 80-ə yaxın fələstinli isə yaralanıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayı 39 min 699-a, yaralıların sayı isə 91 min 722-ə yüksəlib.