Xəbərlər

Qəzzada hər gün ən az 49 nəfər ölür

İsrail–Qəzza münaqişəsində son 24 saat ərzində azı 49 nəfər ölüb, 69 nəfər isə yaralanıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat verib.

Qeyd edilib ki, ötən il oktyabrın 7-dən İsrail–Qəzza münaqişəsində ölənlərin sayı 38 713 nəfərə yüksəlib, 89 166 nəfər isə yaralanıb.