Xəbərlər

Qəzzada mindən çox həkim həlak olub

2023-cü ilin oktyabrından bəri davam edən Fələstin-İsrail münaqişəsində mindən çox həkim həyatını itirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Qəzza zolağının Səhiyyə Nazirliyi məlumat yayıb.

Verilən məlumata görə, Beyt Lahiyada İsrail əsgərləri tərəfindən öldürülən Kamal Advan xəstəxanasının həkimi Səid Yəhudanın ölümündən sonra Qəzza zolağında döyüş əməliyyatları nəticəsində həlak olan həkimlərin ümumi sayı 1057 nəfərə çatıb.

Nazirlik bir daha beynəlxalq insan haqları təşkilatlarını fələstinli həkimlərə yardım etməyə və humanitar vəzifələrini yerinə yetirərkən xəstəxana və tibb işçilərinin qorunmasını təmin etməyə çağırıb.

“Biz dünyanın bütün ölkələrindəki həkimləri Qəzza zolağında soyqırıma məruz qalan həkimlərimizlə həmrəy olmağa çağırırıq”, – nazirlikdən bildirilib.