Xəbərlər

Qəzzada ölənlərin sayı 39 min 480-ə yüksəlib

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda ölənlərin sayı son 24 saatda 35 nəfər artaraq 39 min 480-ə, yaralıların sayı isə 91 min 128-ə yüksəlib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Dağıntılar altında, yol kənarında hələ də cəsədlərin olduğu, lakin İsrail tərəfinin maneələrinə görə tibb qrupları və mülki müdafiə səlahiyyətlilərinin humanitar fəaliyyət göstərə bilmədiyi qeyd edilib.