Xəbərlər

Qəzzada ölənlərin sayı 33 min 797 nəfərə yüksəlib

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı 33 min 797 nəfərə yüksəlib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Fələstin Səhiyyə Nazirliyi açıqlama yayıb.

Açıqlamada İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda daha 68 fələstinlinin həyatını itirdiyi, 94 fələstinlinin isə yaralandığı bildirilib.

İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 33 min 797, yaralıların sayının isə 76 min 465-ə yüksəldiyi bildirilib.

Açıqlamada dağıntılar altında və yol kənarında ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qrupları və mülki müdafiə səlahiyyətlilərinin cəsədlərə çata bilmədiyi vurğulanıb.