İsrail ordusunun bu bölgədə həyata keçirdiyi hərbi əməliyyat nəticəsində Qəzza sektorunda son gün ərzində azı 66 fələstinli həlak olub, 400 nəfər yaralanıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat verib.
Nazirlik özünün “Telegram” kanalında dərc olunan bəyanatında bildirib ki, Qəzzada son 24 saat ərzində 66 nəfər həlak olub, 383 nəfər yaralanıb.
Qeyd edək ki, anklavda İsrailin hücumları zamanı həlak olanların ümumi sayı 36 050 nəfərə çatıb, daha 81 026 nəfər yaralanıb.