İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı son 24 saatda 40 nəfər artaraq 37 min 124 nəfərə çatıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Fələstin Səhiyyə Nazirliyindən açıqlama verilib.
Qeyd edilib ki, İsrail ordusu son 24 saat ərzində Qəzzanın müxtəlif bölgələrində 5 hücum həyata keçirib və bu hücumlarda daha 40 fələstinli həyatını itirib, 218 fələstinli isə yaralanıb.
Məlumatda İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 37 min 124-ə, yaralıların sayının isə 84 min 712-yə yüksəldiyi əlavə edilib.