İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı son 24 saatda 50 nəfər artaraq 38 min 243 nəfərə, yaralananlar isə 88 min 33-ə çatıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumatda İsrail ordusunun son 24 saat ərzində Qəzzanın müxtəlif bölgələrində 3 hücum həyata keçirdiyi və bu hücumlarda daha 50 fələstinlinin həyatını itirdiyi, 130 fələstinlinin isə yaralandığı bildirilib.