Xəbərlər

Qəzzada ölənlərin sayı 39 400-ə çatıb

İsrail ordusunun son 24 saat ərzində həyata keçirdiyi 3 hücum zamanı daha 37 fələstinlinin öldürüldüyü, 73 nəfərin isə yaralandığı bildirilib.

“Füyuzat”ın məlumatna görə, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, 2023-cü il oktyabrın 7-dən İsrailin Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 39 min 400 nəfərə, yaralananların sayı isə 90 min 996 nəfərə çatıb.