Xəbərlər

Qəzzada ölənlərin sayı 39 min 445-ə yüksəlib

Oktyabrın 7-dən bu yana Qəzzada həyatını itirən fələstinlilərin sayı 39 min 445 nəfərə, yaralananların sayı isə 91 min 73 nəfərə yüksəlib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, İsrailin Qəzzaya hücumları nəticəsində həyatını itirənlərin əksəriyyəti qadın və uşaqlardır. Hücumlar nəticəsində 10 min fələstinlinin itkin düşdüyü bildirilib.