Xəbərlər

Qəzzada ölənlərin sayı 39 min 90-a yüksəlib

7 oktyabr 2023-cü ildən bu günə qədər davam edən İsrail–Fələstin münaqişəsi nəticəsində ölənlərin sayı 39 min 90-a, yaralananların sayı isə 90 min 257-ə yüksəlib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Qəzza zolağına son 24 saat ərzində 3 hücum təşkil edilib, 55 fələstinli həyatını itirib, 110 fələstinli isə yaralanıb.