Xəbərlər

Qəzzada ölənlərin sayı 39 mini keçib

Qəzzada ölənlərin sayı 39 min 6-a, yaralıların sayı isə 89 min 818-ə yüksəlib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, son 24 saat ərzində Qəzza zolağına edilən 3 hücum nəticəsində 23 fələstinli həyatını itirib, 91 fələstinli isə yaralanıb.