Xəbərlər

Qəzzada ölənlərin sayı 40 minə çatıb

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayının 39 min 623-ə, yaralıların sayının isə 91 min 469-a yüksəldiyi bildirilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Dağıntılar altında, yol kənarında hələ də cəsədlərin olduğu, lakin İsrail tərəfinin maneələrinə görə tibb qrupları və mülki müdafiə səlahiyyətlilərinin humanitar fəaliyyət göstərə bilmədiyi qeyd edilib.