Xəbərlər

Qəzzada ölənlərin sayı 40 minə yaxınlaşıb

İsrail ordusunun son 24 saatda Qəzzanın müxtəlif bölgələrinə təşkil etdiyi hücumlar nəticəsində 32 fələstinlinin həyatını itirdiyi, 88 fələstinlinin isə yaralandığı bildirilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, oktyabrın 7-dən etibarən İsrail-Fələstin münaqişəsində ölənlərin sayı 39 min 929-a, yaralıların sayı isə 92 min 240-a yüksəlib.