Hərbi əməliyyat başlayandan bəri İsrail ordusunun blokada altındakı Qəzza zolağında keçirdiyi əməliyyatların qurbanlarının ümumi sayı 42,5 min nəfərə çatıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi bildirib.
Məlumata görə, 2023-cü ilin oktyabr ayının əvvəlindən bu günə qədər Qəzzada 99 546 nəfər yaralanıb.
Departament qeyd edib ki, təkcə son 24 saat ərzində İsrail qüvvələrinin zolağın müxtəlif ərazilərinə hücumları və bombardmanları nəticəsində 62 nəfər həlak olub, 300 nəfər isə yaralanıb.