2023-cü ilin oktyabrında anklavda hərbi əməliyyatlara başlayandan bəri İsrail ordusunun Qəzza zolağında keçirdiyi əməliyyatlar nəticəsində təxminən 45,1 min fələstinli ölüb, 107,2 mindən çoxu isə yaralanıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi açıqlama verib.
“Ötən ilin oktyabr ayından bu yana İsrailin Qəzzada keçirdiyi hərbi əməliyyatların qurbanlarının sayı 45 097 nəfərə çatıb, daha 107 244 nəfər yaralanıb”, – deyə qurumun “Telegram” kanalında dərc olunan xülasədə bildirilir.
Qəzza Səhiyyə Nazirliyi əlavə edib ki, son 24 saat ərzində anklavda İsrailin hücumu nəticəsində 38 nəfər ölüb, daha 203 nəfər yaralanıb.