Xəbərlər

Qəzzada ölənlərin sayı 61 599 nəfərə çatıb

İsrail hərbiçilərinin hücumu nəticəsində son 24 saat ərzində Qəzzada 100 nəfər həlak olub, 513 nəfər isə yaralanıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Verilən məlumata görə, 2023-cü ilin oktyabrından bu günə qədər İsrail qüvvələrinin hücumları nəticəsində Qəzzada ölənlərin sayı 61 min 599-a, yaralananların sayı isə 154 min 88-ə yüksəlib.