Xəbərlər

Qəzzada ölənlərin sayı 61 mini keçib

İsrail hərbiçilərinin hücumu nəticəsində son 24 saat ərzində Qəzzada 87 nəfər həlak olub.

“Füyuzat”ın məlumatına görə, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

Verilən məlumata görə, 2023-cü ilin oktyabrından bu günə qədər İsrail qüvvələrinin hücumları nəticəsində Qəzzada ölənlərin sayı 61 min 20 nəfərə, 150 min 671 nəfərə çatıb.