Xəbərlər

Qəzzada Səhiyyə Nazirliyi Nasser xəstəxanasını yenidən fəaliyyətə gətirməyə çağırıb

Qəzzada Səhiyyə Nazirliyi İsrailin hücumları səbəbilə xidmətdən kənarda qalan Xan Yunisdəki Nasser xəstəxanasının yenidən fəaliyyətə başlamasına çağırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Qəzza Səhiyyə Nazirliyi açıqlama verib.

Açıqlamada BMT, beynəlxalq qurumlar və beynəlxalq ictimaiyyətdən Nasser xəstəxanasının yenidən fəaliyyətə başlaması və səhiyyə müəssisələrinin qorunması üçün lazımi səylərin göstərilməsi istənilib.

“Nasser xəstəxanasının bağlanması ən aşağı səviyyəyə enmiş səhiyyə xidmətlərinə ölümcül bir zərbədir. Xəstələr müalicə ala bilmirlər”, – açıqlamada qeyd edilib.