Xəbərlər

Qəzzada yoluxucu xəstəliklər artır

“Ümumdünya Səhiyyə Təşkilatı Qəzzada yoluxucu xəstəliklərin, o cümlədən ishal və “Hepatit A” ilə bağlı şübhəli halların artdığını bildirib”.

Bu fikir BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) məlumatında verilib.

Məlumatda UNRWA-nın səhiyyə xidmətləri göstərməyə davam etdiyi vurğulanıb.

Əlavə edilib ki, məcburi köçkünlərin sığınacaqlarda həddindən artıq sıx yerləşməsi və məcburi köç nəticəsində yaranan məhdud gigiyena şəraiti ciddi sağlamlıq riskləri yaradır.

Qeyd edək ki, verilən məlumatda Qəzzada atəşkəs çağırışı təkrarlanıb.