İsrailin hücumları altında olan Qəzza şəhərindəki xəstəxanaların yanacaq çatışmazlığı səbəbindən 3 saat ərzində fəaliyyətini dayandıracağı söylənilir.
“Füyuzat”ın məlumatına görə, bu barədə Qəzzadaki Şifa xəstəxanasının direktoru Məhəmməd Əbu Silmiyyə mətbuat konfransı zamanı məlumat verib.
“Yanacaq çatışmazlığının olması səhiyyə sistemini tamamilə çökdürə, xəstəxanaları və su stansiyalarını xidmətdən kənarlaşdıra bilər. Yanacaq çatışmazlığı səbəbindən Şifa xəstəxanası və Qəzza şəhərindəki bütün xəstəxanalar üç saat ərzində xidmətə bağlanacaq. Reanimasiya və əməliyyat otaqlarını açıq saxlamaq üçün artıq dializ şöbəsini bağlamaq məcburiyyətində qaldıq”, – deyə o bildirib.



