Xəbərlər

Qəzzaya 1 milyon tondan çox humanitar yardım gətirilib

2023-cü ilin oktyabrında Fələstin-İsrail münaqişəsinin başlamasından bu yana Qəzza zolağına ən azı 1 milyon 38 min 426 ton humanitar yardım daxil olub.

“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail hökumətinin Fələstin ərazilərindəki fəaliyyətlərinin əlaqələndirilməsi idarəsi məlumat yayıb.

Qeyd edək ki, bu yardımın 801 min tondan çoxu ərzaq məhsulları, 76 min tondan çoxu müvəqqəti yerləşdirmə mərkəzlərinin təşkili üçün avadanlıqlar, 51 min tondan çoxu su, 26 min tondan çoxu dərmanlar, 38 min tondan çoxu qarışıq humanitar yardımlar olub.