Çin Xalq Respublikasının (ÇXR) Dövlət Şurasının Baş naziri Li Qianq Belarusla müxtəlif sahələrdə əməkdaşlığı hərtərəfli inkişaf etdirməyə hazır olduqlarını bildirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə TASS məlumat yayıb.
“Səfərim zamanı mən belaruslu həmkarlarıma iki ölkənin razılaşmalarını ən yüksək səviyyədə həyata keçirməyə və xalqlarımızın rifahı naminə qarşılıqlı faydalı əməkdaşlığımızı daha da artırmağa hazır olduğumuzu bildirdim”, – Li Qianq deyib.